...

Azərbaycanın taekvondo yığması Avropanın Komanda Kubokunda bürünc medal qazanıb

Cəmiyyət Materials 3 İyul 2006 17:28 (UTC +04:00)

Azərbaycanın taekvondo yığması İsveçdə keçirilən Avropanın Komanda Kubokunda 3-cü yerə çıxıb.

Milli Federasiyanın vitse-prezidenti Füzuli Musayevin Trend ə verdiyi məlumata əsasən, Kipr oyunçularına qalib gəldikdən sonra komanda Fransaya məğlub olaraq (2:3) yarımqrupda 2-ci yeri tutub. Dörddə bir finalda idmançılarımız Belarus taekvondoçularını məğlub edib, lakin yarım finalda Türkiyə idmançılarına uduzub (2:3). F.Musayevin sözlərinə görə, təkbətək yarışda arbitrlər bir neçə kobud səhv buraxıb.

Məğlubiyyətə baxmayaraq, Azərbaycan yığması təsəlliverici finalda Rusiya komandasına 3:0 hesabı ilə qalib gələrək Kontinent Kubokunda bürünc mükafat uğrunda mübarizə etmək hüququ əldə edib.

Xəbər lenti

Xəbər lenti