...

Sentyabrda Kanadada Səməd Vurğunun 100 illik yubileyi qeyd olunacaq

Cəmiyyət Materials 4 İyul 2006 11:51 (UTC +04:00)

Bu ilin sentyabr ayında Kanadada Azərbaycanın xalq şairi Səməd Vurğunun 100 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçiriləcək. Bu barədə Trend ə Kanada-Azərbaycan Alyansından məlumat verilib.

Qeyd edək ki, yubiley tədbirinin iyun ayında keçirilməsi nəzərdə tutulmuşdu, lakin üzürlü səbəbdən mərasim təxirə salındı. S.Vurğunun oğlu yazıçı, millət vəkili Vaqif Səmədoğlu, xalq artisti Əminə Yusifqızı və başqalarının tədbirdə iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ərəfədə Səməd Vurğunun həyat yoldaşı rəhmətə getdiyi üçün Vaqif Səmədoğlunun Kanadada keçiriləcək tədbirə qatılması mümkün olmadı. Buna görə də yubileyin vaxtı sentyabr ayına təyin olundu. Yubiley gecəsinin Kanadanın Toronto şəhərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Kanada-Azərbaycan Alyansı Azərbaycanın mədəniyyətinə, ölkəmizlə bağlı əlamətdar günlərə aid tədbirlər təşkil edir. Həmçinin, Kanadaya gələn azərbaycanlıların problemlərinin həllində onlara kömək edir.

Xəbər lenti

Xəbər lenti