...

"Gender bərabərliyi təminatları haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə veriləcək

Cəmiyyət Materials 4 İyul 2006 16:22 (UTC +04:00)

"Gender bərabərliyi təminatları haqqında" qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bu barədə Trend ə Milli Məclisin insan hüquqları məsələləri daimi komissiyasından bildiriblər.

Qeyd edək ki, adıçəkilən qanun layihəsi Milli Məclisin insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarında müzakirə olunub. Birinci oxunuşun müzakirəsində deputatlar tərəfindən səslənən təklif və rəylər sənədin ikinci oxunuşa hazırlanmasında əksini tapıb.

Bildirilib ki, layihə ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində kişi və qadınların bərabər imkanlarının təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti