...

Səhiyyə Nazirliyi "Unicef"lə birgə yeniyetmələrə göstərilən xidmətlərin gücləndirilməsi layihəsini gerçəkləşdirir

Cəmiyyət Materials 4 İyul 2006 16:30 (UTC +04:00)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi BMT-nin "Unicef" Uşaq Fondu ilə birgə yeniyetmələrə göstərilən xidmətlərin gücləndirilməsi məqsədi ilə tezliklə respublikada "Yeniyetmələrin dostu klinikası" layihəsini gerçəkləşdirməyi planlaşdırır.

Trend in Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, hazırda layihənin strukturu öyrənilir. Əsas məqsəd yeniyetmələrin sağlam gələcəyinin təminatından ibarətdir. Layihənin strukturuna yeniyetmələrə psixoloji dəstək, dəri-zöhrəvi, HİI/AİDS, Hepatit B, C xəstəlikləri barədə ətraflı məlumat daxildir. Layihədə iştirak edəcək həkimlərə ABŞ-dan dəvət olunmuş mütəxəssislər tərəfindən təkmilləşdirmə kursları keçilib.

Xəbər lenti

Xəbər lenti