...

"Təhsil haqqında" qanunda əksini tapan bəzi müddəalar 2010-cu ilədək qüvvəyə minəcək

Cəmiyyət Materials 5 İyul 2006 14:43 (UTC +04:00)

"Təhsil haqqında" qanunda əksini tapan bəzi müddəalar 2010-cu ilədək qüvvəyə minəcək. Bu barədə Trend ə Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasından bildiriblər.

Qeyd edək ki, Milli Məclisin elm və təhsil komissiyasında yenidən hazırlanan "Təhsil haqqında" qanunda Boloniya sistemini qəbul edən dövlətlərin, eləcə də MDB ölkələrinin təhsillə bağlı qanunvericilik aktlarından istifadə olunub. Qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

O da bildirilib ki, qanunda mövcud problemlərin mərhələli həlli nəzərdə tutulub. Ona görə də bunun üçün vaxt tələb olunur. Komissiyadan onu da bildiriblər ki, yeni hazırlanan qanun layihəsində elə məqamlar var ki, cəmiyyət onları birdən-birə qəbul etmək iqtidarında deyil. Məsələn, hazırda orta təhsiln 12 il olmasını cəmiyyət qəbul etməkdə çətinlik çəkəcək. Ona görə də bu problemləri aradan qaldırmaq üçün vaxt tələb olunur.

Xəbər lenti

Xəbər lenti