...

Azərbaycan gimnastı Stavropolda keçirilən beynəlxalq turnirdə bürünc mükafat alıb

Cəmiyyət Materials 5 İyul 2006 15:50 (UTC +04:00)

Stavropolda keçirilən "Zvyozdı prıjkov" adlı tamblinq üzrə beynəlxalq turnirdə Azərbaycan gimnastı Səid Səlimov bürünc medal qazanıb.

Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, ilkin yarışlardan sonra o, 26 idmançı arasında altıncı yeri tutub. Lakin S.Səlimov qarışıq elementli final tapşırığını düzgün yetirib (34.2 xal) və nəticədə 3-cü yeri tutub.

Komandanın ikinci idmançısı Teymur Oduşev ixtisas baryerini keçərək, finalda çıxış etmək hüququ qazanıb. Sonuncu tapşırıqda 29.7 xal toplayaraq, 8-ci yeri tutub.

Və, nəhayət, üçüncü idmançımız Rahib Əliyev ilk iki tapşırığın sonunda 10-cu yerdə dayanıb. Finalda o, daha inamla çıxış edərək, 64.7 xalla 9-cu yeri tutub.

Milli yığmanın baş məşqçisi Arif Qafarov komandanın Stavropoldakı çıxışını müsbət qiymətləndirib. "Hər üç idmançı finala çıxdılar və Səlimov üçüncü yeri tutdu. Oduşev də bizi çox sevindirdi. Əgər Səid və Rahib beynəlxalq turnirlərdə iştirak etmək təcrübəsinə malik idilərsə, Teymur ilk dəfə idi ki, belə yarışda iştirak etdi və özünü itirmədi", - deyə məşqçi qeyd edib.

Federasiyanın mətbuat xidməti həmçinin bildirib ki, iyulun 7-11-də Odessada akrobatik gimnastika üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan Ukraynada Ayla Əhmədova və Dinarə Abbasova ilə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti