...

Fikrət Məmmədov: Məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatının həyata keçirilməsi təkmilləşdirilib

Cəmiyyət Materials 5 İyul 2006 18:09 (UTC +04:00)

Azərbaycanda məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatının həyata keçirilməsi təkmilləşdirilib. Trend in xəbərinə görə, bu barədə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

Məhkəmələrdə yeni informasiya texnologiyalarının tətbiq edilməsi üçün Avropa Komissiyası TACİS proqramı ilə həyata keçirilən layihə çərçivəsində demək olar ki, bütün məhkəmələr üçün ən müasir kompüter dəstləri, çoxsaylı digər təşkilati texniki avadanlıq alınıb. Qanunvericiliyin elektron bazasının təşkili, ondan məhkəmələrin və əhalinin pulsuz və sərbəst istifadəsinin təmin olunması məqsədilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Ədliyyə Nazirliyi tərəfindən normativ və normativ xarakterli aktların elektron bazası yaradılaraq nazirliyin internet səhifəsində yerləşdirilib.

"Həmçinin, Nazirliyin internet səhifəsindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə onun ingilis dili versiyası hazırlanaraq tətbiq olunmağa başlanmışdır. Aparılan təhlillər və məhkəmə monitorinqləri göstərmişdir ki, məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri də hakimlərin iş yükünün həddən artıq çox olmasıdır" - deyə nazir qeyd edib.

F.Məmmədov bildirib ki, Azərbaycanda hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasının üzv dövlətləri ilə müqayisədə ən aşağı göstərici ilə xarakterizə olunur.

Xəbər lenti

Xəbər lenti