...

Azərbaycanlı boksçu Ruslan Xairov EABA reytinqinə başçılıq edir

Cəmiyyət Materials 6 İyul 2006 15:26 (UTC +04:00)

Azərbaycanlı boksçu Ruslan Xairov Həvəskar Boks üzrə Avropa Assosiasiyasının (EABA) reytinq cədvəlinə başçılıq etməkdə davam edir.

Trend in xəbər verdiyi kimi, təşkilatın dərc etdiyi ranqlar haqqında növbəti cədvəl təsdiq edib ki, Avropa çempionatının bürünc mükafatçısı R.Xairovun (69 kq) mövqeyi sarsılmazdır. Atlet indiki mövsümdə yarışlarda tez-tez çıxış etməsə də, rusiyalı Andrey Balanov, türk Bülənt Ulusoy və digərlərindən ibarət "təqibçilər" ona çata bilməyib.

Maraqlıdır ki, bu çəki dərəcəsində 5-ci mövqedə 2003-cü il mundialının bürünc mükafatçısı Tofiq Əhmədov qərarlaşıb. Buna görə də yerli atletlərimizin bu kateqoriyada mütləq lider olduğunu söyləmək olar.

Xəbər lenti

Xəbər lenti