...

"Qala" Rimas Kurtinaytisin Bakıya gəlişindən sonra yeni baş məşqçi axtarışına başlayacaq

Cəmiyyət Materials 7 İyul 2006 15:16 (UTC +04:00)

"Qala" basketbol klubu Rimas Kurtinaytisin Bakıya gəlişindən sonra yeni baş məşqçi axtarışına başlayacaq.

Komandanın prezidenti Fərid Məmmədovun Trend ə verdiyi xəbərə görə, gələn mövsümdə Permin "Ural-Qreyt" klubuna başçılıq etməyə hazırlaşan Azərbaycan yığmasının məşqçisi bu və ya digər mütəxəssisin namizədliyini irəli sürə bilər. "Hazırda R.Kurtinaytis Litva yığmasını Avropa birinciliyinə hazırlayır, işini bitirdikdən sonra o, Bakıya gəlməlidir. Rimasın bundan sonra yığmanın işi ilə məşğul olacağını nəzərə alaraq, o getdikdən sonra "Qala"da onu əvəzləyəcək şəxsi axtarmağa başlayacağıq",- deyə F.Məmmədov qeyd edib.

O, həmçinin istisna etmir ki, son üç il ərzində kluba litvalı mütəxəssisin köməkçisi Elxan Əliyev də rəhbərlik edə bilər.

Xəbər lenti

Xəbər lenti