...

Azərbaycanın təhsil naziri "Xüsusi istedada malik uşaqların yaradıcı potensialının artırılması"na dair Dövlət Proqramının yerinə yetirilməsi üzrə fəaliyyət planını təsdiqləyib

Cəmiyyət Materials 7 İyul 2006 16:51 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov "Xüsusi istedada malik uşaqların yaradıcı potensialının artırılması"na dair Dövlət Proqramının (2006-2010-cu illər) yerinə yetirilməsi üzrə fəaliyyət planını təsdiqləyib. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Fəaliyyət Planında istedadlı uşaqlar haqqında İnternet portalın və məlumat bankının yaradılması, onlar barədə müxtəlif məlumatların aşkar olunması, yeni tipli təhsil müəssisələrinin maddi-texniki bazalarının təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Həmçinin, Bakı şəhərində təhsil müəssisələrindən birinin bazasında Olimpiya ehtiyatları məktəbinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti