Son zamanlar pullu tibbi xidmət göstərən səhiyyə idarə və müəssisələrdə imtiyazlı və güzəştli əhali qrupu haqda məlumata olan marağı nəzərə alaraq Səhiyyə Nazirliyi dövlət müəssisələrində bu qəbildən olan əhali qrupunun siyahısını açıqlayıb.
Trend agentliyinin nazirliyə istinadən yaydığı məlumata əsasən, imtiyazlı və güzəştli əhali qrupunun siyahısına aşağıdakılar daxildir:
1. Böyük Iətən müharibəsi əlilləri və iştirakçıları;
2. Birinci və ikinci qrup əlillər. Üçüncü qrup əlillər - 50%;
3. Qarabağ müharibəsi əlilləri və iştirakçıları;
4. Çernobıl AES-in qəzalarının ləğvində iştirak edən şəxslər;
5. Əfqan müharibəsi iştirakçıları;
6. 20 Yanvar hadisələri zamanı zərər çəkmiş şəxslər;
7. Ahıl yaşda olan tək və kimsəsizlər;
8. Yeniyetmələr və hərbi çağırışçılar;
9. Qaçqın və məcburi köçkünlər;
10. Tibb işçiləri;
11. Şəhid ailələrinin üzvləri;
12. Diabet xəstələri;
13. Təhsil işçiləri (dövri tibbi müayinə zamanı);
14. Təqaüdçülər (65 yaşdan yuxarı kişilər, 60 yaşdan yuxarı qadınlar).