...

Prokuror Ruslan Bəşirliyə məhkəmədən 7 il cəza tələb edib

Cəmiyyət Materials 10 İyul 2006 13:14 (UTC +04:00)

İyulun 10-da Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Məhkəməsində prokuror "Yeni fikir" gənclər təşkilatının sədri Ruslan Bəşirliyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il cəza tələb edib. Trend xəbər verir ki, R.Bəşirli dövlət çevrilişinə hazırlıqda və qanunsuz sahibkvarlıqla məşqul olmaqla təqsirləndirilirdi.

Prokuror Şahin Rəhimov çıxışında qeyd edib ki, məhkəmənin gedişatında R.Bəşirlinin qanunsuz sahibkarlıqla məşğul olması sübuta yetirilməyib. Ona görə də məhkəmədən xahiş edib ki, həmin ittihama xitam verilsin.

Prokuror R.Bəşirli ilə birlikdə eyni əməllərə görə ittiham olunan "Yeni fikir" təşkilatının sədr müavini Ramin Tağıyevə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə həbs cəzası tələb edib. Təşkilatın digər üzvü Səid Nuriyevə isə xəstəliyi ilə əlaqədar olaraq 4 il müddətinə şərti cəza tələb edib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək məhkəmədən onların hər üçünə bəraət verilməsini xahiş ediblər.

Xəbər lenti

Xəbər lenti