...

Stokholmda Güney Azərbaycandakı etiraz aksiyaları zamanı həlak olan şəhidlərin 40-cı yas günü anılıb

Cəmiyyət Materials 10 İyul 2006 13:43 (UTC +04:00)

İyulun 9-da İsveçin paytaxtı Stokholmda Güney Azərbaycandakı etiraz aksiyaları zamanı həlak olan şəhidlərin 40-cı yas günü anılıb. Trend xəbər verir ki, bu məqsədlə Stokholmda yaşayan azərbaycanlıların iştirakı ilə etiraz aksiyası keçirilib.

Aksiyada Güney Azərbaycanda həbs olunanların dərhal azadlığa buraxılması ıtələb olunub. Aksiyanın qətnaməsi İsveç ictimaiyyəti arasında Azərbaycan, ingilis və isveç dilində yayılıb.

Qətnamədə İranda güney azərbaycanlılarının təhqir olunduğu, öz dillərində təhsil ala bilmədikləri vurğulanır. Qətnamədə həmçinin Güney Azərbaycanda keçirilən kütləvi aksiyalara toxnulur: "Kütləvi aksiyalar, bütün Güney Azərbaycan şəhərlərində -o cümlədən, Təbriz, Urmiyə, Ərdəbil, Miyana, Sulduz, Qoşaçay, Zənganda baş tutdu, həmin mitinqlər zamanı, fars şovinizminin hərbi qüvvələri və polisi, soydaşlarımıza qarşı vəhşicə zor tətbiq edərək, çox sayda soydaşlarımızın yaralandığı, onlarca insanın öldürüldüyü, onbir min fəalın isə həbs olunduğu bildirilir". Sənəddə indiyə qədər 150 nəfər fəalın həbsdə saxlanıldığı bildirilib.

Xəbər lenti

Xəbər lenti