...

Şahin İmranov Avropa Çemipionatında Azərbaycan boks yığmasının kapitanı olacaq

Cəmiyyət Materials 11 İyul 2006 11:36 (UTC +04:00)

Afina Olimpiadasının iştirakçısı Şahin İmranov iyulun 14-də Plovdivdə başlayacaq Avropa Çemipionatında Azərbaycan boks yığmasının kapitanı olacaq.

Komandanın baş məşqçisi Məmməd Eyvazovun Trend ə verdiyi məlumata görə, kollektiv əsasən gənc idmançılardan ibarətdir. Ancaq Şahin yoldaşlarının hörmətinə və insani keyfiyyətlərinə rəqabətdən kənardır. "Bundan başqa o, daim azarkeşlərin və mütəxəssislərin xoşuna gələn maraqlı boks nümayiş etdirir və buna görə də biz məhz onun kapitan olmasına yekdilliklə qərar vermişik", - deyə məşqçi vurğulayıb.

Qeyd etmək lazımdır ki, boksçunun aktivində qitə birinciliyinin gümüş mükafatı var və o, 57 kq çəki dərəcəsində liderlərdən biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti