Ahıska türklərinin "Vətən" Cəmiyyətinin nümayəndə heyəti Krımdadır. Bu barədə Trend ə adıçəkilən cəmiyyətin sədr müavini Nurəddin Sasiyev bildirib.
N.Sasiyev onu da əlavə edib ki, nümayəndə heyətinin səfərinin məqsədi 1944-cü ildə Özbəkistan və Qazaxıstana departasiya olunan Krım tatarlarının vətənə repartriasiya olunarkən üzləşdiyi problemlərlə maraqlanmaqdır: "Cəmiyyətimizin sədri İbrahim Burxanovun Krım tatarlarının lideri Mustafa Cəlilovla görüşü də planlaşdırılıb. Enyi zamanda digər məsələlərin də müzakirəsi istisna edilmir".
Onu da bildirək ki, Krıma repartriasiya olunan tatarlar Bağçasaray rayonunda məskunlaşıblar. Krıma səfər edən Ahıska türklərinin "Vətən" Cəmiyyətinin nümayəndə heyəti iyulun 23-də Bakıya qayıdacaq.