...

Fazil Qəzənfəroğlu: "KİV haqqında" qanuna təklif olunan dəyişikliklər mətbuatın inkişafına xidmət edərsə buna dəstək verilməlidir"

Cəmiyyət Materials 20 İyul 2006 12:13 (UTC +04:00)

"Kütləvi İnformasiya Vasitələri haqqında" qanunda bir sıra boşluqlar mövcuddur. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bir sıra jurnalist təşkilatların adıçəkilən qanunun dəyişdirilməsi ilə bağlı apardığı müzakirələrinə münasibət bildirərəkən qeyd edib.

Millət vəkili bildirib ki, əgər təklif olunan dəyişikliklər həqiqətən də Azərbaycan mətbuatının inkişafı üçün nəzərdə tutulursa buna dəstək verilməlidir: "Çünki azad mətbuat demokratiyanın əsas atributudur. Mətbuatın müstəqilliyini təmin edən variantları dəstəkləmək borcumuzdur. Şəxsən mən heç bir qanuna normal sənəd kimi baxmıram. "KİV haqqında" qanunda da bir sıra boşluqlar var ki, bu doldurulmalıdır".

F.Qəzənəfəroğlu onu da əlavə edib ki, mətbuatın daha azad inkişafı üçün şəraitin yaradılması vacibdir: "Əgər bu istiqamətdə təkliflər millət vəkillərinə təqdim olunarsa buna ictimai dəstək verməyə hazırıq".

Xəbər lenti

Xəbər lenti