...

Avropa İnsan Haqları Məhkəməsi ömürlük həbsdə olan keçmiş OMON-çunun işini öz icraatına götrürüb

Cəmiyyət Materials 20 İyul 2006 16:55 (UTC +04:00)

Avorpa İnsan Haqları Məhkəməsi ömürlük həbsdə olan keçmiş OMON-çu Dəyanət Kərimovun şikayətini icraata götürüb. Bu barədə Trend ə məhkumun qanuni nümayəndəsi Elman Osmanov məlumat verib.

E.Osmanovun sözlərinə görə, D.Kərimovun həmin quruma daxil olmuş şikayətinə dair iclas keçirilib və şikayətin icraata götürülməsi məqsədəuyğun hesab edilib. "Artıq Avropa İnsan Haqları Məhkəməsində Dəyanət Kərimovun şikayəti üzrə 22656/06 saylı iş açılıb" deyə vəkil bildirib.

Qeyd edək ki, D.Kərimov 1990-cı illərin əvvəlində Rövşən Cavadovun başçılıq etdiyi silahlı birləşmələrin üzvü olarkən 4 nəfərin qətlində iştiraka, o cümlədən Ali Sovetin vitse-spikeri Afiyəddin Cəlilovla sonuncunun sürücüsünün qətlinin isə birbaşa icraçısı olduğuna görə təqsirli bilinərək ömürlük məhkum edilib.

5 iyul 2006-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində D.Kərimovun eyni məzmunlu şikayətinə baxılsa da icraata götürülməsi məqsədəuyğun hesab edilməmişdi.

Xəbər lenti

Xəbər lenti