...

ÜTT İKT-nin turizm nazirlərinin Bakı iclasına texniki yardım göstərəcək

Cəmiyyət Materials 21 İyul 2006 17:42 (UTC +04:00)

Ümumdünya Turizm Təşkilatı (ÜTT) İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin turizm nazirlərinin sentyabr ayında Azərbaycanda təşkil ediləcək növbəti iclasına texniki yardım göstərəcək. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən xəbər veriblər.

Məsələ nazirlik və ÜTT rəhbərliyi arasında razılaşdırılıb. İKT-nin turizm nazirlərinin növbəti iclasının keçirilməsi barədə qərar təşkilatın ötən ilin dekabr ayında Dakarda keçirilmiş 16-cı sessiyası zamanı qəbul olunub.

İclasdan bir gün əvvəl təşkilat ekspertlərinin iclasının keçirilməsi planlaşdırılır. Bu iclas zamanı nazirlərin gələcək görüşünün gündəliyi razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti