...

2004-cü il Olimpiadasının bürünc mükafatçısı İrada Aşumova dünya çempionatındakı çıxışına uğursuz başladı

Cəmiyyət Materials 26 İyul 2006 12:53 (UTC +04:00)

2004-cü il Olimpiadasının bürünc mükafatçısı İrada Aşumova bu günlərdə Zaqreb şəhərində keçirilən güllə atıcılığı üzrə dünya çempionatındakı çıxışına uğursuz başlayıb.

Trend in xəbər verdiyi kimi, pnevmatik tüfəngdən on metrəyə atış üzrə proqramda idmançımız ixtisas mərhələsində üç yüz yetmiş doqquz xal yığıb, lakin bu nəticə finala çıxmaq üçün yetərli olmayıb. Bundan başqa, daha altı snayper də İ.Aşumova ilə eyni nəticə göstərib. Bunun nəticəsində azərbaycanlı idmançı otuz ikinci yeri tutub.

Eyni zamanda gənclər arasında Avropa birinciliyinin gümüş mükafatçısı Nigar Bağırova da qırx doqquzuncu yeri tutaraq, çox da uğurlu çıxış etməyib. Lakin, İradədə olduğu kimi, onun da kiçik kalibrli tüfəngdən iyirmi beş metrə atışda özünü bir daha göstərmək şansı olacaq.

Xəbər lenti

Xəbər lenti