...

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəkilləri mətbuat konfransı keçiriblər

Cəmiyyət Materials 26 İyul 2006 18:47 (UTC +04:00)

MTN-nin istintaq təcridxanasında saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəkilləri "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun onun sifarişi ilə qətlə yetirilməsinə dair Hacı Məmmədovun məhkəmədə verdiyüi bəyanatı qeyri-ciddi hesab edir. Trend xəbər verir ki, bu barədə F.Əliyevin vəkilləri Adil İsmayılov, Elton Quliyev və Ramiz Məmmədov iyulun 26-da keçirdikləri mətbuat konfransında bildiriblər.

Vəkillər onu da bildiriblər ki, bir ildən artıq aparılmış istintaq zamanı bu barədə bir kəlmə də danışmamış Hacı Məmmədovun məhkəmə zalında belə bəyanatla çıxış etməsi məqsədlidir.

Xəbər lenti

Xəbər lenti