...

"AzərReyl" voleybol klubuna yeni ucaboylu oyunçular cəlb olunacaq

Cəmiyyət Materials 31 İyul 2006 15:21 (UTC +04:00)

Yaxın gələcəkdə qadınlardan ibarət "AzərReyl" klubunun heyətinə bir sıra yeni ucaboylu oyunçular cəlb olunacaq.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, Faiq Qarayev başda olmaqla klubun məşqçi qərargahı tezliklə boyları 196 sm olan 3 voleybolçunu Avropa Kuboku kampaniyasına cəlb etməyi planlaşdırır. Bu gün komandanın heyətində təkcə Natalya Məmmədova bu göstəricilərə malikdir. Ancaq tezliklə Darya Zamanova, Aygün Kərimova və bir sıra digər perspektivli oyunçular ona kapmaniya təşkil edə bilər. Bu icraçıların gəlişi ilə məşqçilər yeni taktiki sxemləri sınaqdan keçirə bilər", - deyə Z.Gözəlbəyli vurğulayıb.

Xatırladaq ki, hazırda Azərbaycan yığması məzuniyyətdən qayıdıb və Qubada Qran-Prinin seçmə turnirinə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti