Avqustun 1-də Bakı Əyləncə Mərkəzində Azərbaycanın Gənclər və İdman Nazirliyi tərəfindən birinci yarımildə fərqlənmiş idmançılara qiymətli hədiyyələrin təqdim olunma mərasimi keçiriləcək.
Nazirliyin mətbuat katibi Raqif Abbasovun Trend ə verdiyi məlumata görə, nazir Azad Rəhimov son 3 ay ərzində görülmüş işlər barədə məruzə ilə çıxış edəcək və cari ilin ilk 6 ayına yekun vuracaq.
"Bu il bir sıra atletlərimiz beynəlxalq arenada böyük nailiyyətlər əldə edib. Xüsusilə ağır atlet Nizami Paşayev, cüdoçu Elnur Məmmədli və taekvondoçu İlkin Şahbazov Avropa çempionları adını qazanıb. Bundan başqa Azərbaycan sərbəst və yunan-roma güləş növü üzrə "Qızıl Qran-Pri"nin finalını qəbul edib. Bir sıra idmançılar isə Olimpiya lisenziyaları uğrunda mübarizəyə başlayıb", - deyə R.Abbasov nəzərə çatdırıb.