...

Azərbaycan atıcısı Emin Cəfərov dünya çempionatının finalına çıxmaq şansını itirib

Cəmiyyət Materials 3 Avqust 2006 15:31 (UTC +04:00)

Stend atıcılığı ustası Emin Cəfərov bu günlərdə Zaqrebdə keçirilən dünya çempionatında ilk 3 atəş seriyasından sonra 49-cu yeri tutub.

Trend xəbər verir ki, skit üzrə proqramda çıxış edən idmançı ümumilikdə 70 xal toplayıb və onun finala çıxmaq şansı minimaldır. Lakin daha 22 iştirakçı eyni nəticə əldə etdiyi üçün mübarizə hələ qabaqdadır. İlkin mərhələdə atıcılar daha 2 atəş seriyası keçirməlidir. Bundan sonra final səkkizlik müəyyənləşəcək.

Qeyd etmək lazımdır ki, təsnifatın lideri hələlik yüz faizlik göstərici nümayiş etdirən danimarkalı Yesper Hansendir.

Xəbər lenti

Xəbər lenti