...

Azərbaycan Təhsil Nazirliyi xaricdəki ali təhsil müəssisələrinin bir sıra filiallarına tələbə qəbulunun dayandırılmasına nail oldu

Cəmiyyət Materials 5 Avqust 2006 12:46 (UTC +04:00)

Azərbaycan Təhsil Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələrinin bir sıra filiallarına tələbə qəbulunun dayandırılmasına nail olub. Nazirlikdən Trend ə verilən xəbərə görə, bu qərarı İqtisadi məhkəmə Təhsil Nazirliyinin iddiasına əsasən qəbul edib.

Nazirlik onların fəaliyyətini qanunsuz hesab edərək, hələ bu ilin may ayında bu filialların fəaliyyətinin dayandırılması haqqında İqtisad Məhkəməsinə ərizə verib. Bunlara Moskva Hüquq və İdarəetmə Akademiyasının, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun, Maymonid adına Dövlət Klassik Akademiyasının, Moskva Dövlət Açıq Universitetinin, Cənubi-Rusiya Humanitar İnstitunun, Dağıstan Dövlət Universitetinin, Kiyev Reklam İnstitutunun və Dnepropetrovsk Milli Universitetinin Bakı filialları daxildir.

Nazirlik abituriyentlərə və onların valideynlərinə xəbərdarlıq edir ki, bu filialların fəaliyyəti qanunsuz hesab olunur və bu ali təhsil müəssisələrinin məzunlarının diplomları tanınmayacaq.

Xəbər lenti

Xəbər lenti