...

Azərbaycanın futbol üzrə çempionatının iştirakçıları əlavə istirahət günü alacaqlar

Cəmiyyət Materials 7 Avqust 2006 13:16 (UTC +04:00)

Azərbaycanın futbol üzrə çempionatının Ali liqasının iştirakçı komandaları birinciliyin təqvimində əlavə iki istirahət günü alacaqlar.

Yarışların keçirilməsi üzrə departamentin başçısı Məlik Həsənovun Trend ə verdiyi xəbərə görə, bu, yarışda iştirak etmək üçün maliyyə problemləri ilə qarşılaşan "Gəncə" klubunun üzləşdiyi çətinliklərlə bağlıdır. "Əvvəllər klubun yarışda oynayacağı güman edilirdi, lakin birincilik "Gəncə"siz başlandı. Püşkatma artıq keçirilib, ona görə də dəfələrlə ölkə çempionu olmuş komanda ilə görüşməli olan komandalar avtomatik olaraq istirahət günü alacaqlar", - deyə M.Həsənov qeyd edib.

Qeyd etmək lazımdır ki, AFFA-da son günə qədər "Gəncə"nin iştirak üçün ərizə verəcəyini gözləyiblər, lakin ərizə verilməyib.

Xəbər lenti

Xəbər lenti