...

"Gəncəfilm" studyası yeni filmin çəkilişlərini sona çatdırıb

Cəmiyyət Materials 10 Avqust 2006 19:10 (UTC +04:00)

"Gəncəfilm" studyası yeni filmin çəkilişlərini sona çatdırıb. Studyanın rəhbəri Xalidə Babayevanın verdiyi məlumata görə, film "Yollar" adlanır. Burada respublikamızın yolları barədə onların strukturu və s. barədə söhbətlər aparılıb.

Qeyd edək ki, bu film Gənc İntellektlər Mərkəzinin sifarişi ilə hazırlanır. Babayeva bildirir ki, təxminən 30 dəqiqəlik "Yollar" filmin İçtimai TV-də yayımlandırılması nəzərdə tutulur.

Bildirək ki, bu, "Gəncəfilm" studyasının ikinci filmidir. Bundan əvvəl təhsillə bağlı "Təhsil sənin, mənim, hamının, dövlətin gücüdür" adlı film çəkilib.

Xalidə Babayeva onu da əlavə etdi ki, filmin montaj işləri sona çatmaq üzrədir, yaxın günlərdə onun təqdimat mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti