...

Bu həftə Azərbaycanda havanın hərarəti yüksək olacaq

Cəmiyyət Materials 14 Avqust 2006 17:51 (UTC +04:00)

Bu həftə Azərbaycanda havanın hərarəti yüksək olacaq. Bu barədə Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar bürosunun rəhbəri Umayra Tağıyevə bildirib.

Avqustun 15-dən 17-dək Bakı və Abşeron yarımadasında havanın hərarəti gündüz

+35-37 dərəcə, gecə +25-27 dərəcə təşkil edəcək. Eyni zamanda dəyişkən buludluluq müşahidə olunacaq, saniyədə 8-13 metr sürətlə şimal-qərb və şimal küləyi əsəcək, bəzi yerlərdə küləyin gücü saniyədə 15 metrə çatacaq. Atmosfer təzyiqi 758 mm civə sutunu təşkil edəcək. Bakıda nisbi rütübətlik gecə vaxtı 75-85%, gündüz 40-50%-ə bərabər olacaq.

Abşeron çimərliklərində suyun hərarəti 28-29 dərəcə olacaq.

Avqustun 16 və 17-də də eyni hava şəraiti gözlənilir.

Rayonlardakı hava şəraitinə gəldikdə, Naxçıvan MR-də havanın hərarəti gündüz vaxtlarında 36-41 dərəcə, gecə saatlarında isə +17-22 dərəcə təşkil edəcək.

Yuxarı Qarabağ, Xankəndi, Kəlbəcər, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Daşkəsən-Gədəbəy zonasında hərarət gündüz 26-31 dərəcə, gecə isə +17-22 dərəcə arasında tərəddud edəcək. Qazax, Gəncə, Balakən, Qəbələ, İsmayıllı, Xızı, Siyəzən, Quba-Qusar-Xaçmazda gecə +18-23, bəzi yerlərdə +15 dərəcə, gündüz isə +31-36 dərəcə olacaq.

Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Əlibayramlı, Sabirabad, Biləsuvar, Salyan və Neftçalada hərarətin səviyyəsi gündüz 37-39 dərəcəyə, bəzi yerlərdə hətta 41 dərəcəyə çatacaq, gecə isə əksinə 22-27 dərəcəyə enəcək.

Masallı, Lənkəran, Astara, Lerikdə isə havanın hərarəti gündüz +33-38 dərəcə, gecə +20-25 dərəcə, dağlıq ərazilərdə gündüz +28-33 dərəcə, gecə +19-24 dərəcə gözlənilir.

Xəbər lenti

Xəbər lenti