...

"Neftçi" klubunun yarımmüdafiəçisi Zaur Tağızadənin zədəsi ciddi deyil

Cəmiyyət Materials 19 Avqust 2006 11:58 (UTC +04:00)

"Neftçi" klubunun yarımmüdafiəçisi Zaur Tağızadənin ikinci turda "Xəzər"ə qarşı səfər oyununda (0:2) aldığı zədə ciddi deyil.

Komandanın mətbuat katibi Səbuhi Səfiyarlının Trend ə xəbər verdiyi kimi, oyunçu artıq ümumi qrupda məşqlərə başlayıb və bu yaxınlarda keçiriləcək "İnter"ə qarşı təqvim qarşılaşmasına hazırlaşır. "Həkimlər Zaura meydana çıxmağa icazə verib, ona görə də onun oyunda iştirak edəcəyinə heç bir şübhə yoxdur. Zədə aldığına görə futbolçunun ötən mövsümdə birinciliyin ikinci dairəsində iştirak etmədiyini nəzərə alsaq, bu vəziyyət bizi çox sevindirir", - deyə S.Səfiyarlı qeyd edib. Lənkəranda aldığı zədə Z.Tağızadəyə Kiyevdəki dostluq oyununda yığmanın tərkibində oynamağa imkan verməyib. Bu oyun qonaqların 0:6 hesabla məğlubiyyəti ilə başa çatıb.

Eyni zamanda bolqar legioner Svyatoslav Stefanov yarışlarda iştirakdan məhrum olunduğuna görə, "Neftçi" "İnter"ə qarşı oyunda onun xidmətlərindən istifadə edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti