...

"AzərReyl" voleybol klubu Lidiya Maksimenkonun xidmətlərindən imtina edib

Cəmiyyət Materials 19 Avqust 2006 13:02 (UTC +04:00)

Qadınlardan ibarət "AzərReyl" voleybol klubu ukraynalı legioner Lidiya Maksimenkonun xidmətlərindən imtina edib.

Trend in xəbər verdiyi kimi, voleybolçu sonuncu iki mövsümdə komandanın tərkibində Çempionlar Liqasında çıxış edib. Ancaq klub rəhbərliyi onunla bağlanmış müqavilənin müddətini uzatmamağı qərara alıb. Hazırda "AzərReyl"də voleybolçuların yetişdirilməsi istiqamətində ağır iş gedir və bu, öz bəhrəsini verir. Xüsusilə klubda Darya Zamanova, Aygün Kərimova kimi perspektivli voleybolçular var və onlar vaxtı gələndə əsas heyətdə çıxış edə bilər.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində turnirin favoritlərindən biri sayılan komandamızın rəqibləri Türkiyə, İtaliya və Avstriya voleybolçuları olacaq.

Xəbər lenti

Xəbər lenti