...

Azərbaycan Yaşıllar Partiyası yaradılır

Cəmiyyət Materials 24 Avqust 2006 15:53 (UTC +04:00)

Azərbaycan Yaşıllar Partiyasının yaradılması üzrə təşəbbüs qrupu avqustun 24-də ictimaiyyət və KİV nümayəndələri ilə görüşüb. Trend xəbər verir ki, yeni partiyanın yaradılmasının təşəbbüskarı Mayıs Güləliyev görüş iştirakçılarına artıq bu istiqamətdə fəaliyyətə başlandığını xəbər verib.

O bəyan edib ki, partiya həm dövlət, həm də özəl təşkilatların və fiziki şəxslərin bütün fəaliyyət növlərində ekoloji yanaşmanın üstünlük təşkil etməsi uğrunda mübarizə edəcək. Partiyanın əsas prinsiplərindən biri sosial ədalət prinsipi olacaq. Bu prinsip ölkənin bütün vətəndaşlarının sosial və fərdi inkişafı üçün bərabər imkanların yaradılması və təbii sərvətlərdən ədalətli istifadəni nəzərdə tutur. Bütün dünyada olduğu kimi, Azərbaycanın Yaşıllar Partiyası vətəndaşların yoxsulluğu, ölkədə olan korrupsiya, sosial ədalətsizlik, ölkədəki münaqişələr xalqı əzab-əziyyətə, dövləti isə zəifliyə sürüklədiyini anlayaraq, zorakılığın olmadığı, insan hüquqlarının müdafiə olunduğu cəmiyyət ideologiyasına əsaslanacaq.

Qeyd olunub ki, gələcəkdə Yaşıllar Partiyası ölkə Konstitusiya çərçivəsində bütün seçkilərdə iştirak etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti