...

Hacı Məmmədovun məhkəməsində vəkil Adil İsmayılovun vəsatətləri təmin olunmayıb

Cəmiyyət Materials 28 Avqust 2006 20:15 (UTC +04:00)

Avqustun 28-də Hacı Məmmədovun məhkəməsində vəkil Adil İsmayılovun təqdim etdiyi vəsatətlər təmin olunmayıb. Trend in məlumatına görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun 25 nəfərlik bandasının cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Vəkil Adil İsmayılovun vəsatətlərindən biri Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın azad olunması ilə bağlı keçirilmiş əməliyyat işləri barədə materialların Milli Təhlükəsizlik Nazirliyindən alınması, digəri H.Məmmədovun dindirilmə protokolunun MTN-dən alınması, üçüncüsü isə bandanın fəaliyyəti barədə Baş Prokurorluğa və MTN-ə məlumat vermiş Rəna Nəsibovanın (bu şəxs sonradan dəstə üzvləri tərəfindən qətlə yetirilib) verdiyi ərizənin məhkəməyə təqdim edilməsi ilə bağlı olub. Digər vəkillər də A.İsmayılovun bu vəsatətlərini dəstəkləyib. Dövlət ittamçıları isə bildiriblər ki, məhkəmənin bu mərhələsində həmin sənədlərin məhkəməyə təqdim edilməsinə ehtiyac yoxdur. Odur ki, vəsatətlər təmin edilməməlidir. Bununla əlaqədar hakim vəsatətləri təmin etməyib.

Məhkəmə prosesi avqustun 29-da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti