...

Ali Məhkəmənin Plenumu keçirilib

Cəmiyyət Materials 31 Avqust 2006 16:01 (UTC +04:00)

Avqustun 31-də Azərbaycan Respublikası Ali Məhkəməsinin (AM) növbəti Plenumu keçirilib. Bu barədə Trend ə AM-nin mətbuat xidmətindən məlumat verilib.

Plenumda Bakı şəhəri Binəqədi rayon məhkəməsində 2005-ci ildə baxılmış işlər barədə məlumat dinlənilib və müzakirə olunub. Çıxış edənlər bildiriblər ki, bu məhkəmədə ədalət mühakiməsi həyata keçirilərkən qanunvericiliyin tələblərinə, əsasən, düzgün əməl olunur. Bununla yanaşı, bəzi işlər üzrə yekun məhkəmə aktlarının ləğv edilməsinə və dəyişdirilməsinə səbəb olan maddi və prosessual hüquq normaları pozulub və ya düzgün tətbiq olunmayıb, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəzalar təyin edilib, təqsirləndirilən şəxslərin hüquqi tövsifində səhvlərə yol verilib və s.

Plenum konkret mülki işlərə də baxıb.

Müzakirə olunan məsələyə və baxılan işlərə dair müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti