...

Peşəkar boksçu Əli İsmayılov ilin sonunadək WBA kəmərinin sahibi ola bilər

Cəmiyyət Materials 2 Sentyabr 2006 12:21 (UTC +04:00)

Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov artıq bu il WBA (World Boxing Association) kəmərinin sahibi ola bilər.

İdmançının Trend ə verdiyi xəbərə görə, mövsümün sonunda Bakı İdman Sarayında onun isveçli rəqibi ilə döyüşü olacaq. "Görüşün keçirilməsi haqqında artıq razılaşma mövcuddur və bunu yalnız həyata keçirmək lazımdır. Menecerlər artıq bu layihənin gerçəkləşdirilməsi ilə məşğul olur, ona görə də təxminən dekabr ayında paytaxtda titul qarşılaşması baş tutacaq", - deyə Ə.İsmayılov vurğulayıb. Onun sözlərinə görə, görüş on iki raunddan ibarət olacaq, ona görə də Əli fiziki kondisiyalarının artırılmasına xüsusi diqqət ayırır.

Xatırladaq ki, Azərbaycan yığmasının keçmiş kapitanının ən yaxın reytinq döyüşü sentyabr ayında Moskvada olacaq.

Xəbər lenti

Xəbər lenti