Azərbaycanlı dəri əlcək ustaları Həvəskar Boks üzrə Avropa Assosiasiyasının (EABA) növbəti reytinqində aparıcı mövqelərini qoruyub.
Trend in xəbər verdiyi kimi, ranqlar haqqında yeni cədvələ əsasən, öz çəki dərəcələrində 2-ci yeri bu yaxınlarda Plovdivdə keçirilmiş Avropa çempionatının bürünc mükafatçısı Elçin Əlizadə (91 kq) və dəfələrlə Olimpiya iştirakçısı Ruslan Xairov (69 kq) tutub. E.Əlizadə yalnız rusiyalı Viktor Zuyevdən geri qalır. R.Xairovu isə rusiyalı Andrey Balanov qabaqlayır. Ruslan demək olar ki, yeni mövsümün beynəlxalq yarışlarında iştirak etməyib. Buna görə də onun rəqibini tezliklə qabaqlamaq üçün gözəl imkanları var.
Qeyd etmək lazımdır ki, EABA reytinqinin ilk üçlüyündə yığmanın kapitanı Şahin İmranov (57 kq) və Rahib Bəylərov (75 kq) qərarlaşıb.