...

Azərbaycanın Ekologiya Nazirliyi Şamaxıda meşə yanğınının qarşısını alıb

Cəmiyyət Materials 6 Sentyabr 2006 18:58 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sentyabrın 4-də Pirqulu dövlət qoruğu ilə həmsərhəd olan "Sureyl" meşə massivində naməlum şəxslər tərəfindən yanğın hadisəsi törədilib. Yanğın sentyabrın 5-də səhərə yaxın söndürülüb. Nəticədə 10 ha-dək sahəyə ziyan dəyib. Lakin yanğının qoruğa ziyan vurmasının qarşısı alınıb. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin məlumatında deyilir.

Ötən il belə yanğınlar İsmayıllı rayonunun Keyvəndi, Qusar rayonunun Xuray, Qəbələ rayonunun Tültül, Şəki rayonunun Daşüz, Şəmkir rayonunun Yeni Həyat və Ağsu rayonunun Suraxanı bələdiyyələri ərazisində baş verib.

Xəbər lenti

Xəbər lenti