...

"Gəncə" futbol klubu daha Azərbaycan çempionatının iştirakçısı deyil

Cəmiyyət Materials 12 Sentyabr 2006 10:52 (UTC +04:00)

"Gəncə" futbol klubu daha indiki Azərbaycan çempionatının iştirakçısı deyil.

Yarışların keçirilməsi departamentinin başçısı Məlik Həsənovun Trend ə verdiyi xəbərə görə, birincilik "Gəncə"siz keçir, çünki bu komanda indiyədək çempionatda iştirak etmək üçün ərizə verməyib. "Klub rəhbərliyinin onların daxili yarışlarda oynayacaqları barədə bütün bəyanatları əsassızdır. Sadəcə olaraq lazımi sənədləri olmadığından, onlar medal uğrunda mübarizədə iştirak edə bilmirlər", - deyə M.Həsənov qeyd edib. O həmçinin vurğulayıb ki, "Gəncə" bu və ya digər oyunun təxirə salınması haqqında AFFA-ya müraciət etməyib, ona görə də bütün söhbətlərin heç bir əsası yoxdur.

Qeyd etmək lazımdır ki, bu gündən etibarən artıq dörd turda oynamış on üç komanda birincilikdə iştirak edir.

Xəbər lenti

Xəbər lenti