...

Türkiyə turizmin inkişafında Azərbaycana kömək etməyə hazırdır

Cəmiyyət Materials 12 Sentyabr 2006 13:39 (UTC +04:00)

Türkiyə turizm sektorunun inkişafında Azərbaycana kömək etməyə hazırdır. Trend xəbər verir ki, bu barədə sentyabrın 12-də Bakıda keçirilən mətbuat konfransında Türkiyənin mədəniyyət və turizm naziri Atilla Koç bəyan edib.

Onun sözlərinə görə, Türkiyə turizm biznesindəki təcrübəsini Azərbaycanla bölüşmək istəyir. "Azərbaycanda həm yay, həm də qış turizminin inkişafı üçün təbii şərait var. Lakin əgər sizdə bu yerlərə aparan yollar və peşəkar iş personalı olan yüksək səviyyəli otellər yoxdusa, o zaman turistləri ölkəyə cəlb etmək mümkün deyil", - deyə A.Koç əlavə edib.

Nazir bildirib ki, hələ iki ölkə arasında Azərbaycanda turizmin inkişafına dair konkret layihələr yoxdur. Lakin, onun sözlərinə görə, Türkiyə öz universitetlərindəki turizm fakultələri vasitəsilə də turizm işində öz təcrübəsini Azərbaycana ötürə bilər.

Xəbər lenti

Xəbər lenti