...

"Milli yol" qəzeti baş redaktorunun apellyasiya şikayəti ilə bağlı məhkəməyə hazırlıq iclası sentyabrın 19-da keçiriləcək

Cəmiyyət Materials 12 Sentyabr 2006 17:21 (UTC +04:00)

"Milli yol" qəzetinin baş redaktoru Şahin Ağabəylinin apellyasiya şikayəti əsasında növbəti məhkəmə prosesinə hazırlıq iclası sentyabrın 19-a keçiriləcək. Bu barədə Trend ə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun təmsilçisi Emin Hüseynov bildirib.

E.Hüseynov qeyd edib ki, sentyabrın 12-də keçirilən ilk hazırlıq iclası adıçəkilən qəzetdə şərəf və ləyaqəti təhqir olunan millət vəkili Arif Rəhimzadənin vəkilinin iştirakı olmadan baş tutub.

Qeyd edək ki, millət vəkili A.Rəhimzadə "Milli yol" qəzetində şərəf və ləyaqəti təhqir olunduğu üçün iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə şikayət verib. Nəsimi Rayon Məçhkəməsində 10 avqust tarixində Gülnarə Tağızadənin sədrliyi ilə keçirilən iclasda çıxarılan hökmə əsasən Ş.Ağabəyli 1 illik azadlıqdan məhrum edilib. Ş.Ağabəylinin vəkili Elçin Qəmbərov məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Xəbər lenti

Xəbər lenti