...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Moskvada beynəlxalq seminarda iştirak edəcək

Cəmiyyət Materials 13 Sentyabr 2006 16:52 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri sentyabrın 14-15-də Moskvada keçirilən "Uşaq Hüquqlarının təminatı cəmiyyətin inkişafının təminatı deməkdir" mövzusunda beynəlxalq seminarda iştirak edəcək. Bu barədə Trend ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Seminarda Azərbaycanı Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Komitənin uşaq şöbəsinin müdiri Sənubər Əlizadə təmsil edəcəklər. Hicran Hüseynova "Uşaqların müdafiəsi və rifahıın yaxşılaşdırılması istiqamətində aparılan islahatlar" mövzusunda məruzə edəcək, Azərbaycanda uşaq problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verəcək. Dövlət Komitəsinin sədri həmçinin bu sahələr üzrə Azərbaycan-Rusiya əlaqələrinin, əməkdaşlığın gələcək perspektivlərinə də toxunacaq.

Qeyd edək ki, beynəlxalq seminar Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyi ilə Avropa Şurasının Sosial həmrəylik üzrə Baş Direktorluğunun birgə təşkilatçılığı ilə təşkil olunur.

Xəbər lenti

Xəbər lenti