...

Azərbaycanlı şahmatçılar Avropa birinciliyində liderliyi qoruyub saxlayır

Cəmiyyət Materials 19 Sentyabr 2006 15:18 (UTC +04:00)

Azərbaycanlı şahmatçılar Vasif Durarbəyli və Vüqar Rəsulov bu günlərdə Çernoqoriyada keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin sonuncu turundan əvvəl liderliyi qoruyub saxlayıb.

Trend in xəbər verdiyi kimi, 8-ci oyun günü çərçivəsində V.Durarbəyli 14 yaşınadək şahmatçılar kateqoriyasında gürcü Levan Breqadze ilə sülh bağlayıb və 7 xal toplayıb. İndi şahmatçı yaxın rəqibi macar Pyotr Proxazkanı 0,5 xalla qabaqlayır və qızıl medalı qazanmağa yaxındır.

16 yaşlılar kateqoriyasında Vüqar Rəsulov hesabat turunda alman Bencamin Tereklə heç-heçə oynayıb və aktivində 6,5 xal var. Doğrudur, fransız Eduard Romeyn də belə göstəriciyə malikdir. Ancaq əlavə əmsalların fərqi hesabına Vüqar birinci yeri tutur.

16 yaşınadək qızlar arasında yarışda Gülnar Məmmədova isveçrəli Anastasiya Qavrilova üzərində qələbə qazanaraq 3-cü yerə çıxıb.

Xəbər lenti

Xəbər lenti