Avropa Şurasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərdəki mədəni irsin tədqiqi üzrə monitorinq qrupu yaxın 20-25 günə Azərbaycana səfər edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib.
Onun sözlərinə görə, monitorinq qrupu Azərbaycana, Ermənistana və Dağlıq Qarabağa səfər edəcək. Azərbaycan həm işğal olunmuş ərazilərdə, həm də elə Ermənistanın özündə bütün mədəniyyət və tarixi abidələrinin tədqiqini tələb edir, - deyə nazir qeyd edib.