...

Zeynəb Cavadlı: Avropa çempionatı yüksək səviyyədə keçib

Cəmiyyət Materials 25 Sentyabr 2006 10:42 (UTC +04:00)

"Avropa çempionatı ən yüksək səviyyədə təşkil olunub". Bu barədə azərbaycanlı gimnast Zeynəb Cavadlı Moskvada başa çatmış yarışın səviyyəsini qiymətləndirərkən bəyan edib.

Trend in Rusiya KİV-nə istinadən xəbər verdiyi kimi, perspektivli gimnast qeyd edib ki, Moskva onun çox xoşuna gəlib. "Məni xüsusilə insanların münasibəti heyrətə gətirib. Özünü dərhal evdəki kimi hiss edirsən. Təəssüflər olsun ki, mən bütün şəhəri seyr edə bilmədim. Vaxt olduqca az idi", - deyə Z.Cavadlı öz təəssüratları ilə paylaşıb.

Qeyd etmək lazımdır ki, bu mövsüm bir sıra beynəlxalq yarışlarda uğurla çıxış etmiş Zeynəb üçün bu qitə çempionatı kifayət qədər müvəffəqiyyətlə keçib. O, gürzlərin ram edilməsi üzrə proqramın finalına vəsiqə qazanıb və sonda yeniyetmələr arasında 8-ci yeri tutub.

Xəbər lenti

Xəbər lenti