...

Azərbaycanlı müğənni Sami Yusuf Vyanada konsert verdi

Cəmiyyət Materials 25 Sentyabr 2006 12:46 (UTC +04:00)

Avstriya Müsəlman Gəncləri Birliyinin təşəbbüsü ilə Vyanada keçirilmiş azərbaycanlı müğənni Sami Yusufun konsertində 5 mindən artıq tamaşaçı olub.

Trend xəbər verir ki, tədbirdə Avstriya parlamentinin sədri Andreas Koxl, həmçinin ölkənin müxtəlif siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri iştirak edib.

Müğənni əsasən dini mövzuda musiqi əsərləri ifa edib. Elə həmin mahnıların sayəsində də Sami Yusuf müsəlman dünyasında şöhrət qazanıb.

Xəbər lenti

Xəbər lenti