...

Uşaq Parlamenti layihəsi üzrə təlimlər oktyabrın 10-da başa çatacaq

Cəmiyyət Materials 3 Oktyabr 2006 16:04 (UTC +04:00)

2006-cı ilin noyabrında fəaliyyətə başlayacaq Uşaq Parlamenti layihəsi üzrə təlimlər oktyabrın 10-da başa çatacaq. Bu barədə Trend ə adıçəkilən layihənin koordinatoru Səbinə Abbasova bildirib.

S.Abbasova qeyd edib ki, oktyabrın sonlarında Uşaq parlamentinə seçkilər keçiriləcək. Koordinator onu da vurğulayıb ki, respublikada keçirilən seminarlarda uşaqların intellektual səviyyəsinin yüksək olması bir daha üzə çıxıb. Uşaqların hadisələri təhlil edib, düzgün qiymət vermək bacarığı xüsusilə nəzərə çarpıb.

Layihəyə əsasən, seçkilər zamanı uşaqlar tərəfindən "exit-pol"lar təşkil olunacaq, seçki komissiyaları formalaşdırılacaq, seçkiləri müşahidə etmək üçün nümayəndələr ayrılacaq. Jurnalistlərə də seçkiləri müşahidə etmək imkanı yaradılacaq. Uşaq parlamentinin spikeri seçiləcək, müvafiq komissiyaları təşkil olunacaq.

Onu da bildirək ki, Uşaq Parlamentinin yaradılması üzrə layihənin rəhbəri "Lider" Qadınlar Təşkilatının sədri, millət vəkili Məlahət Həsənovadır.

Xəbər lenti

Xəbər lenti