...

Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrinin attestasiya və akkreditasiya qrafiki təsdiq olunub

Cəmiyyət Materials 6 Oktyabr 2006 15:39 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyində ali və orta ixtisas təhsil müəssisələrinin attestasiya və akkreditasiya qrafiki təsdiq olunub. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Bu qrafikə əsasən təhsil müəssisələrinin rəhbərlərinə müvafiq bildirişlər göndərilib və Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsil müəssisələrinin attestasiya və akkreditasiya haqqında" və Respublikanın Təhsil Nazirliyinin "Ali və orta ixtisas təhsil müəssisələrinin attestasiya və akkreditasiyanın aparılması üzrə tələb və meyarlar haqqında" əsasnamələrdə nəzərdə tutulmuş bir sıra mühüm tədbirlərin həyata keçirilməsi həvalə olunub.

İndiyədək bu qrafikə əsasən yaradılmış komissiyalar tərəfindən Azərbaycan Dövlət Pedaqoji Kollec, "Odlar Yurdu" Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Beynəlxalq Universiteti, Bakı məktəbəqədər pedaqoji texnikum, Bərdə Dövlət idarəetmə və texnologiya kolleci, aprel ayında Bakı Dövlət Universiteti, Bakı qızlar pedaqoji universiteti, may ayında isə Tovuz Dövlət sosial-iqtisadi kollec attestasiyadan keçirilib.

Xəbər lenti

Xəbər lenti