Apellyasiya Məhkəməsi oktyabrın 9-da "24 saat" qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlunun şikayətini təmin etməyib. Bu barədə Trend ə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun həmtəsisçisi Sarvan Rizvanov bildirib.
S.Rizvanov bildirib ki, Apellyasiya Məhkəməsinin hakimi Ələkbər Quliyev adıçəkilən qəzetin baş redaktoru barədə Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Onu da bildirək ki, avqustun 25-də Nəsimi rayon məhkəməsində daxili işlər naziri Ramil Usubovun iddiasına əsasən F.Fərəməzoğlu 1 il müddətinə azadlıqdan şərti məhrum edilib. S.Rizvanov qeyd edib ki, baş redaktor Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edəcək.