...

Nazim İbrahimov Türkiyənin Mərmərə Iəqfinin üzvləri ilə görüşüb

Cəmiyyət Materials 13 Oktyabr 2006 12:21 (UTC +04:00)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Iəqfinin üzvləri ilə görüşüb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə N.İbrahimov Mərmərə Vəqfinin Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafına mühüm töhfələr verdiyini qeyd edib. Komitə sədri Azərbaycanla Türkiyə arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb və on illər bu münasibətlərin daha sürətlə inkişaf etməyə başladığını deyib.

Vəqfin rəhbəri Akkan Suver Azərbaycana hər səfərin onlarda yeni gözəl təəssüratlar yaratdığını vurğulayaraq respublikanın son illər daha böyük sürətlə inkişaf etdiyini bildirib. O, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın gündən-günə genişləndiyini deyib.

N.İbrahimov xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev X Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayındakı nitqində 2007-ci ilin birinci yarısında Bakı şəhərində Azərbaycan və Türk diaspor təşkilatlarının I Forunumunun keçirilməsi təşəbbüsü ilə çıxış edib: "Bu forum xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və Türk icmalarının fəaliyyətinin koordinasiya edilməsi, onların mövcud potensialının xalqlarımızın tarixi maraqlarının qorunması, habelə ölkələrimizin milli mənafelərinin müdafiəsi prosesinə cəlb edilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edəcək"-deyə Komitə sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti