Azərbaycanın boks yığması Kubaya 0:11 hesabı ilə məğlub olaraq, Bakıda İdman Sarayında keçirilən komandalararası Dünya kubokunun finalına çıxa bilməyib.
Trend xəbər verir ki, hələ görüş başlanmazdan əvvəl qonaqlar əlavə üstünlük qazandılar, belə ki, Tural Məmmədov (54 kq) və Avropa çempionatının finalçısı Rahib Bəylərov (75 kq) əvvəlki döyüşlərdə zədə aldıqlarına görə rinqə çıxa bilməyiblər. Döyüşlər Kuba nümayəndələrinin üstünlüyü ilə keçib, halbuki bəzi görüşlərdə Rahim Nəcəfov (51 kq), Romal Amanov (60 kq), Ruslan Xairov (69 kq) və Elçin Əlizadə (91 kq) heç də rəqiblərindən pis görünmürdülər.
Məğlub olmasına baxmayaraq, komanda, iki il bundan əvvəl olduğu kimi, Dünya kubokunun bürünc medallarını qazanıb.