...

Azərbaycanın qadınlardan ibarət voleybol yığması Yaponiyaya gəlib

Cəmiyyət Materials 25 Oktyabr 2006 13:13 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol yığması oktyabrın 29-da dünya çempionatının keçiriləcəyi Yaponiyaya gəlib.

Trend in xəbər verdiyi kimi, gündoğan ölkəyə gəlməzdən əvvəl komanda Daşkənddə toplanışlar keçirib və daha sonra Cənub-Şərqi Asiyada yerə enib. Faiq Qarayevin yetirmələri ölkə paytaxtına ilk gələnlərdən biri olub. Məqsəd iqlimə uyğunlaşmaqdan və məşqlər keçirməkdən ibarətdir. Bu çempionat kollektiv üçün cari mövsümün əsas prioriteti olduğundan voleybolçularımızın uğurlu çıxış etməsi məqsədilə tam hazırlıq həyata keçirilib.

Xatırladaq ki, yığmanın qrup üzrə rəqibləri Çin, Rusiya, Almaniya, Dominikan Respublikası və Meksikadır.

Xəbər lenti

Xəbər lenti