...

"Azadlıq" qəzetinin kollektivi oktyabrın 30-da aksiya keçirəcək

Cəmiyyət Materials 25 Oktyabr 2006 16:04 (UTC +04:00)

"Azadlıq" qəzetinin kollektivi oktyabrın 30-da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirəcək. Bu barədə Trend ə adıçəkilən qəzetdən bildiriblər.

Piketin keçirilməsinə səbəb qəzetin yerləşdiyi binadan çıxarılmasına etiraz olacaq. O da bildirilib ki, aksiyada Redaktorlar Birliyi və digər jurnalist təşkilatlarının nümayəndələri də iştirak edəcək. Piketin keçirilməsi ilə bağlı müraciət oktyabrın 25-də Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti